"Mançester Yunayted"in futbolçusu "Napoli"yə keçə bilər

Kobbi Mayno bu qış "Napoli"yə transfer oluna bilər.

Newsport.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya çempionları "Mançester Yunayted"in yarımmüdafiəçisinə marağı qoruyub saxlayır. 20 yaşlı ingilis futbolçu prioritet hədəf hesab olunur.

Lakin neapolluların Maynonu transfer etmək üçün maliyyə imkanları yalnız Noa Lanqın komandadan ayrılması halında yaranacaq. Vinger "Qalatasaray"ın maraq dairəsindədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right