Qvardiola “Bavariya”dan gedişinin səbəbini açıqladı

Almaniyanın "Bavariya” klubun çalışdırıcısı Xosep Qvardiola Münhen təmsilçisi ilə müqavilə yeniləməməsinin səbəblərini açıqlayıb. 

Newsport.az saytının məlumatında görə,İspaniyalı  çalışıdırıcı bunu, İngiltərə Premyer Liqasında çalışmaq istəməsi ilə əlaqələndirib.
"Bavariya” ilə müqavilə imzalamamağıma səbəb İngiltərə Premyer Liqasında çalışmaq istəməyimlə əlaqədardı.  Hansı komandanı çalışdıracağıma qərar verməmişəm.  Amma özümü yeni ölkədə sınamaq istəyirəm.  Bir klubda 3 il çalışmaq mənim üçün kifayətdir. Bu səbəbədən də mövsümün sonunda "Bavariya”dan ayrılacağımla bağlı fikrimi qətiləşdirmişəm.

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti”ni çalışdıracağı gözlənilir. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right