İtaliyalı sabiq futbolçu Paolo di Kanio “Milan”ın əsas liderinin kim olduğu ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, “qırmızı-qaralar”ın aparıcı fiqurunun çox vaxt şişirdilmiş şəkildə qiymətləndirilən Rafael Leaо deyil, amerikalı futbolçu Kristian Pulişiç olduğunu bildirib:
“Pulişiç “Torino”ya qarşı oyuna daxil oldu və iki qol vurdu. Mən əminəm ki, meydanda Leaо olsaydı, “Milan” 1:4 hesabı ilə məğlub olardı. Pulişiç üç Leaоdan daha yaxşıdır”.
Pulişiç “Torino” ilə matçda (3:2) ehtiyat oyunçular skamyasından meydana çıxaraq dubla imza atıb. O, 2023-cü ildən etibarən “Milan”ın şərəfini qoruyur.