Alman futbolçunun agenti “Tottenhem”lə danışıq aparır

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” almaniyalı futbolçuyla maraqlanır. İngiltərə klubu yanvar transfer pəncərəsində onu heyətinə qatmağa çalışacaq. Oyunçunun agenti klubla danışıqlara başlayıb.

Qoretskanın “Bayern”lə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, 2018-ci ildən Münhen klubunda çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb və qol vurmayıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right