Afrika Millətlər Kuboku: "Neftçi"nin futbolçusu oynadı, komandası qalibiyyət əldə etdi

Afrika Millətlər Kubokunda 2-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Benin və Botsvana milli komandaları qarşılaşıb.

Görüş Benin millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Benin yığmasında Misli Premyer Liqasında çıxış edən bir futbolçu da meydana çıxıb. "Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda matça start heyətində başlayıb. 30 yaşlı futbolçu 54-cü dəqiqədə əvəzlənib. "Sumqayıt"da çıxış edən Abdul Raşid Mumini isə bu görüşdə iştirak etməyib. 2 turdan sonra 3 xal toplayan Benin seçməsi B qrupunda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right