Hazırda azad agent olan ingiltərəli hücumçu Cessi Linqard son illərini keçirdiyi Cənubi Koreyadakı həyat təcrübəsindən danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu ölkəyə köçməyin bir fürsət olduğunu söyləyib:
“Əvvəlcə Seul haqqında heç nə bilmədiyim üçün şoka düşdüm. Amma sonra düşündüm ki, bu, Mançesterin cazibəsindən qurtulmaq və enerji toplamaq üçün əla fürsətdir. Orada çoxlu yayındırıcı amillər var və mən yalnız futbola diqqət yetirməli idim”.
Linqard uzun illər “Mançester Yunayted”də forma geyinib.