Madrid "Real”ının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, bu posta "Real”ın keçmiş futbolçusu Zinəddin Zidan gətirilib.
Bu barədə "Real”ın baş məşqçşisi Florentina Peres keçirdiyi mətbuat konfransında məlumat verib.
Peres müqavilənin şərtləri barədə açıqlama verməyib.
Qeyd edək ki, Zidan bundan əvvəl "Real”ın "B” komandasını çalışdırırdı.