Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında çıxış edən 9 kluba transfer qadağası qoyub.
Newsport.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Ramin Musayev məlumat verib.
Musayev bu barədə "Xəzər” TV-də "Futbol Saatı”proqramında məlumat verib. O, bildirib ki, klublar onlara olan borcu ödəmədikləri üçün müəyyən cəzalarla qarşılaşacaqlar. İlk olaraq, borcunu ödəməyən klub qış transfer dönəmində transfer edə bilməyəcəklər.
Musayev açıqlamasında "Qarabağ”dan başqa bütün klubların PFL-ə borcu olduğunu bildirib.