"Barselona"nın müdafiəçisi zədələndi

"Barselona"nın müdafiəçisi Andreas Kristensen sıradan çıxıb.

Newsport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı futbolçu komandanın məşqi zamanı dizindən zədələnib. 29 yaşlı mərkəz müdafiəçisinin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, Andreas Kristensen bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right