“Barselona”dan uğurlu seriya

“Barselona” İspaniya La Liqasında uğurlu çıxışını davam etdirərək, “Vilyarreal” üzərində 2:0 hesablı qələbə qazanıb.

Newsport.az xəbər verir ki, dünən keçirilən qarşılaşmada kataloniyalıların qollarını 12-ci dəqiqədə Rafinya, 63-cü dəqiqədə isə Lamin Yamal vurub.

“Barselona” artıq ardıcıl 38 La Liqa oyununda ən azı bir qol vurur. Bu göstərici klub üçün 2013-cü ildən bəri ən yaxşı nəticədir. Həmin il “Barselona” ardıcıl 64 matçda fərqlənərək, çempionat tarixinin ən uzun seriyasına imza atmışdı.

Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın növbəti rəqibi “Espanyol” olacaq. Barselona derbisi yanvarın 3-də keçiriləcək.

Mövsümün hazırkı çempionu ili turnir cədvəlinin 1-ci pilləsində başa vurur və ən yaxın izləyicisi “Real”ı 4 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right