“Barselona” İspaniya La Liqasında uğurlu çıxışını davam etdirərək, “Vilyarreal” üzərində 2:0 hesablı qələbə qazanıb. Dünən keçirilən qarşılaşmada kataloniyalıların qollarını 12-ci dəqiqədə Rafinya, 63-cü dəqiqədə isə Lamin Yamal vurub.
Newsport.az “Opta”-ya istinadən xəbər verir ki, “Barselona” artıq ardıcıl 38 La Liqa oyununda ən azı bir qol vurur. Bu göstərici klub üçün 2013-cü ildən bəri ən yaxşı nəticədir. Həmin il “Barselona” ardıcıl 64 matçda fərqlənərək, çempionat tarixinin ən uzun seriyasına imza atmışdı.
Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın növbəti rəqibi “Espanyol” olacaq. Barselona derbisi yanvarın 3-də keçiriləcək.
Mövsümün hazırkı çempionu ili turnir cədvəlinin 1-ci pilləsində başa vurur və ən yaxın izləyicisi “Real”ı 4 xal qabaqlayır.