Tiaqo Silva klubundan ayrıldı

Məşhur braziliyalı müdafiəçi Tiaqo Silva "Fuminense"dən ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

41 yaşlı futbolçu azad agent statusu alıb və istənilən klubla sərbəst şəkildə müqavilə imzalaya bilər.

Silva 2024-cü ilin ortalarında "Fluminense"yə qayıtmışdı və o vaxtdan bəri komandanın kapitanı idi.

Bu müddət ərzində təcrübəli mərkəz müdafiəçisi bütün yarışlarda 46 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right