Eddi oynadı, komandası darmadağınla qalib gəldi

Milli komandamızın futbolçusu Eddi İsrafilovuun şərəfini qoruduğu "Eybar” İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Eddinin komandası XVIII tur çərçivəsində səfərdə "Real” (Betis) qonağı olub.  Qarşılaşma Eddinin komandasının 4-0 hesablı qələbəsi ilə başa çatıb.
 
Uzun müddətdir zədədən əziyyət çəkən milli üzvümüz bu matçda forma geyinməyi bacarıb. O, 83-cü dəqiqədə Dani Qarsianın əvəzinə meydana daxil olub.
 
Qeyd edək ki, Eddinin komandası bu qələbədən sonra xallarının sayını 27-ə çatdırıb.  "Eybar” bu göstərici ilə 20 komanda arasında 8-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right