Fil Dişi sahili milli komandasının sabiq üzvü Stiv Qohur dünyasını dəyişib.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçinin cəsədi Almaniyada Ren çayı ətrafında tapılıb. Futbolçunun ölümü barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Qohur PSJ-nin yetirməsidir. O, karyerası ərzində "Bolonya”, "Yanq Boyz”, "Borussiya” (Münhenqladbax), "Uiqan” kimi məşhur klublarda forma geyinib. O, 2006-11-ci illərdə milli komandanın şərəfini qoruyub.