Xəbər verdiyimiz kimi Fil Dişi sahili milli komandasının sabiq futbolçusu Stiv Qohurun cəsədi Almaniyada Ren çayı ətrafında tapılıb.
Newsport.az-ın məlumatına görə, müdafiəçinin ölüm səbəbləri artıq aydınlaşıb. "Bild” nəşrində yer alan xəbərə görə, futbolçunun cəsədində heç bir zorakılıq halları qeydə alınmayıb. İlkin ehtimallara görə, Qohur intihar edib. Üç həftə əvvəl yoxa çıxan və axtarışa verilən futbolçunun narkotik aludəçisi olduğu bildirilir.
Qeyd edək ki, Stiv 2006-11-c illərdə ölkəsinin milli komandasının şərəfini qoruyub. 34 yaşında dünyasını dəyişən futbolçu PSJ, "Yanq Boys”, "Uiqan” kimi məşhur klublarda forma geyinib.