“Atletiko” Argentina millisinin futbolçusu ilə gücləndi

İspaniya La Liqasında mübarizə aparan "Atletiko” (Madrid) heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Madrid klubu "Selta”dan Auqusto Matias Fernandezi rənglərinə bağlayıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, Argentina milli komandasının üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fernandez "River Pleyt”in yetirməsidir. Karyerası ərzində "Sent Etyen”,  "Velez Sarsfield” kimi klublarda oynayan müdafiəçi 2012-ci ildə "Selta”ya transfer olunub.  29 yaşlı futbolçu Viqo təmsilçisinin heyətində 113 oyun keçirib. O, həmçinin Argentina milli komandasının futbolçusudur. 2011-ci ildən milliyə cəlb olunan müdafiəçi millinin heyətində 9 oyun keçirib və 1 qol vurmağı bacarıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right