Belçika PRO Liqasında mübarizə aparan "Genk” heyətinə yeni futbolçu dəvət edib.
Newsport.az-ın məlumatına görə, Gent təmsilçisi Ukrayna milli komandasının üzvü Ruslan Malinovskini rənglərinə bağlayıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, "Şaxtyor” (Donetsk) futbolçusu mövsümün sonunadək icarə əsasında "Genk”in şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruslan "Şaxtyor”un futbolçusu olsa da, Donetsk təmsilçisinin heyətində debüt etməyib. 22 yaşlı yarımmüdafiəçi "Sevestopol”, "Zarya” kimi klublarda icarə əsasında çıxış edib.