İspaniya La Liqasında 17-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti, eyni zamanda ilin son matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sportinq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 2:0 hesablı qələbəyə sevinib. İsrafilovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Eybar" hazırda 24 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.