"Fənərbağça" "Qalatasaray"la oyunda məğlubiyyətdən qurtuldu

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Newsport.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.

14-cü turun qarşılaşması 1:1 hesabı ilə başa çatıb. Hesabı 27-ci dəqiqədə qonaqların futbolçusu Leroy Sane açıb. Meydan sahibləri isə 90+5-ci dəqiqədə Con Duranın qolu ilə məğlubiyyətdən qaçıb.

Bu nəticədən sonra "Qalatasaray" 33 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Fənərbaxça" isə 2-ci pillədə qərarlaşıb.

Türkiyə Super Liqası

XIV tur

"Fənərbaxça" - "Qalatasaray" 1:1

Qollar: C.Duran, 90+5, - L.Sane, 27





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right