"Real" "Mançester Yunayted"dən 100 milyon avro tələb edir

"Mançester Yunayted" "Real"ın futbolçusu Federiko Valverdeni transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 27 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır. İspaniya klubu isə Uruqvay millisinin üzvü üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, Federiko Vaverde bu mövsüm "Real"ın heyətində keçirdiyi 24 oyunda 2 qolo vurub, 4 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right