"Fənərbaxça" braziliyalı haqda qərar verdi

"Fənərbaxça" Anderson Talişka ilə bağlı qərar verib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu 31 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Braziliyalı isə "Fənərbaxça"ya konkret cavab verməyib. Onun Türkiyə təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədərdir. 

Təcrübəli futbolçuya "Əl-Hilal" və "Palmeyras" klublarından təklif gəlib. Talişka yaxın vaxtlarda yekun qərarını açıqlayacağını söyləyib.

“Bahiya”, “Benfika”, “Beşiktaş”, “Benfika”, “Quanqjou Everqrand”, “Əl-Nəsr” klublarında çıxış etmiş Talışka bu ildən “Fənərbaxça”nın formasını geyinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right