"Barselona" rəhbərliyi maraqlı addımı ilə diqqət mərkəzinə düşüb.
Newsport.az saytının məlumatına görə, "Alkakron"dan "Barselona B" klubuna transfer olunan 24 yaşlı Serxio Qvardiolanın sözləşməsindən 7 saat sonra müqaviləyə xitam verilib. Buna səbəb futbolçunun daha öncə sosial şəbəkələrdə Katoloniyaya qarşı yazdığı təhqiredici statuslardı.
Bundan başqa, futbolçunun statuslarında "Hala Madrid" yazmasının da göndərilməsində rol oynadığı bildirilir.
