“Atletik”in cinah oyunçusu Niko Uilyams “Barselona”nın futbolçusu Lamin Yamalın meydandan kənar həyatı ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu həmyerlisi haqda bunu deyib:
“Hər kəs həyatını istədiyi kimi yaşayır. Düşünürəm ki, əsas məsələ peşəkar qalmaq və lazım olduqda həmişə yüz faizini verməkdir. Biz futbolçular da hər şey kimi işdən fasilə götürməli və həyatdan zövq almalıyıq. Fədakarlıq və hörmət olduğu müddətdə bununla bağlı heç bir problem görmürəm”.
Daha əvvəl Yamalın şöhrəti səbəbindən səhv yol seçmək riski ilə üzləşdiyi haqda xəbərlər yayılıb. 18 yaşlı futbolçu bu mövsüm “Barselona”da 13 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.