Neymar həkimlərə qulaq asmır, məşqlərə çıxır

"Santos"da çıxış edən Neymar dizindəki zədəyə baxmayaraq meydana çıxmağa hazır olduğunu bildirib.

Newsport.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat verib.

33 yaşlı vinger zədə səbəbindən “İnternasional”a qarşı 35-ci turun son oyununu buraxıb. Neymar tibbi heyətin məsləhətlərinə məhəl qoymadan komanda ilə birlikdə məşqlərdə iştirak edir. Futbolçu komandanın A Seriyasında qalmasına kömək etməkdə qətiyyətlidir.

"Santos" hazırda turnir cədvəlində 17-ci yerdə qərarlaşıb. Cari mövsümdə Neymar 25 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right