Levandovski “Milan”dan 3 illik müqavilə istəyir

Robert Levandovskinin “Barselona”dan ayrılacağı dəqiqləşir. Polşalı hücumçu mövsümün sonunda bitəcək müqavilənin müddətini uzatmayacaq.

Newsport.az xəbər verir ki, İspaniya nəhəngi 2022-ci ildə “Bayern”dən 45 milyon avroya aldığı aldığı hücumçunu heyətdə saxlamaqda maraqlı deyil. 37 yaşlı forvard da Harri Keyn transfer etməyə çalışan katalonların seçiminə anlayışla yanaşır.

Polşalı bir sıra ingilis klubundan, o camlədən Türkiyə və Səudiyyə Ərəbistanından dəvət alıb. Amma Levandovski iddialı qitə nəhglərindən birində oynamaq istəyir. Bu səbəbdən “Mailan”ın təklifi onu daha çox cəlb edir. Yeganə problem anlaşmanın müddəti ilə bağlıdır. İtaliya klubu 1+1 şərti ilə müqavilə təklif edir, Robert isə 3 illik anlaşma olacağı halda A Seriyasına köçməyə hazırdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right