Türkiyə millisinin üzvünə yeni müqavilə təklif olundu

“Roma” sağ cinah müdafiəçisi Zeki Çeliklə yeni uzunmüddətli müqavilə üzərində işə başlayıb.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

A Seriyası klubu artıq 28 yaşlı futbolçuya sözləşmənin 2029-cu ilin yayına qədər uzadılması ilə bağlı təklif göndərib.

“Canavarlar”nin türkiyəli oyunçunu komandada saxlamaq istəyinə baxmayaraq, Çelik bir sıra Avropa klublarının diqqət mərkəzindədir. Onlar Türkiyə millisinin üzvünü transfer etmək imkanını dəyərləndirirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right