İran çempionatında 16-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə,Cənubi Azərbaycanın klubu "Traktor Sazi" bu tur səfərdə "Naft Tehran"ın qonağı olub.
Matçın taleyini bir qol həll edib. İlk hissənin sonlarında hesabı açan "Traktor Sazi" klubu səfərdən üç xalla ayrılıb.
Qeyd edək ki, bu qələbədən sonra xalını 25-ə yüksəldən "Traktor Sazi" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
28 dekabr
İran çempionatı, 16-cı tur
"Naft Tehran" - "Traktor Sazi" - 0:1
Qol: Aghaei, 45 (0:1)