George Floreskunun "Qəbələ”dən ayrılmasından xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, hazırda azad agent statusuna malik olan 31 yaşlı futbolçu Kipr çempionatında oynmaqdan imtina edib. O, bu barədə ölkəsinin mətbuatına açıqlamasında bildirib.
Müdafiəçi Kipr çempionatında mübarizə aparan klubdan təklif aldığını amma sözügedən ölkədə oynamaqdan imtina etdiyini bildirib. O, bunun səbəbini Avropa Liqasında mübarizə aparan klubların birində oynamaq istədiyini vurğulayıb.
Floresku mövsümün əvvəlində Rumıniyanın "Astra” klubundan "Qəbələ”yə transfer olunmuşdu. O, "qırmızı qaralar”ın heyətində 1 rəsmi oyunda forma geyinib.