İngiltərə Premyer Liqasında mübarizə aparan "Stok Siti” klubunda yeni müqavilə rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, komanda hollandiyalı futbolçusu Erik Pieterslə müqavilə müddətini yeniləyib. 27 yaşlı futbolçu 2020-ci ildək "Stok Siti”nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, "3” nömrə 2013-cü ildə PSV-dən "Stok”a transfer olunub. O, komandanın heyətində keçirdiyi 84 oyunda 1 qol vurmağı bacarıb. Erik həmçinin Hollandiya milli komandasının da üzvüdür. Müdafiəçi 2010-cu ildən "narıncılar”ın heyətinə cəlb olunur.