Sabiq milli üzvü özünə yeni klub tapdı

İspaniya La Liqasında mübarizə aparan "Deportivo”klubu heyətini yeni qapıçı ilə gücləndirib.  
Newsport.az-ın məlumatına görə, "Depor” Xorvatiya milli komandasının sabiq üzvü Stipe Pletikosanı rənglərinə bağlayıb. 36 yaşlı qapıçı ilə mövsümün sonunadək müqavilə imzalanıb.
"Depor”un qapıçı transfer etməsinə səbəb isə komandanın əsas qapıçısı Aqosto Fabrisionun zədəli olmasıdır. 27 yaşlı qapıçı çarpaz bağlarından zədə aldığı üçün mövsümü bitirib.
 
Qeyd edək ki, komandanın yeni qapıçısı Pletikosanın uğurlu karyerası var. O, karyerası ərzində "Hayduk”, "Şaxtyor”,  "Spartak”, "Tottenhem”, "Rostov” kimi klublarda oynayıb. Pletikosa 1999-2014-cü illərdə Xorvatiya millisinin də şərəfini qoruyub. Əlcək sahibi bumüddət ərzində millinin heyətində 114 rəsmi oyunda forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right