“Neftçi”nin sabiq forvardı Premyer Liqa klubundan qovuldu

"Neftçi”nin sabiq forvardı Nikolas Kanalesin Rusiya Premyer Liqasındakı çıxışı qısa müddəti əhatə edib. 
Newsport.az-ın məlumatına görə, cari  mövsümdə "Krılya Sovetov”a transfer olunan futbolçu komandadan göndərilib. 
 
Bu barədə Samara təmsilçisinin meneceri Maksim Lyapin ölkə mətbuatına açıqlama verib: "Nikolasla anlaşmağımız anidən oldu.  Həmin vaxt bütün hücumçularımız zədəli və biz bu vəziyyətdən çıxmağa çalışdıq.  Buna görə də, dərhal Kanaleslə anlaşdıq. Amma əməkdaşlığımızın alınmayacağı təqdirdə onun müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına nail olduq. ” 
 
Qeyd edək ki, çili forvard 2012/13 və 2014/15 mövsümündə "Neftçi”nin şərəfini qoruyub.  O, "ağ qaralar”ın heyətində 59 oyun keçirərək 39 qolaimza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right