"O, təzyiqə öyrəşib və sadəcə futbol oynamaq istəyir" Spalletti

Luçano Spalletti “Yuventus”dakı Duşan Vlahoviçin vəziyyəti barədə danışıb. 25 yaşlı hücumçunun mövcud müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir.

Newsport.az xəbər verir ki, "Yuventus”un yeni təyin olunan baş məşqçisi mövcud müqaviləsi 30 iyun 2026-cı ilədək olan Vlahoviç haqda bunları qeyd edib:

“Duşanın üstünlüyü ondadır ki, o, "Yuventus" üçün oynamağın nə demək olduğunu və ondan hansı gözləntilərin olduğunu çox yaxşı bilir. O, təzyiqə öyrəşib və mənim son vaxtlar danışdığım oyunçulardan biridir. Duşan mənə dedi ki, burada qalmaqdan məmnun olardı. Onu müqavilə məsələləri narahat etmir, o, sadəcə futbol oynamaq istəyir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right