“Yaşasın Azərbaycan” deyən braziliyalı futbolçu yenidən Təbriz klubunda

Təbrizin "Traktor Sazi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, komanda sabiq futbolçusu – Braziliyadan olan Edinyonu yenidən rənglərinə bağlayıb.  Ederlə neçə illik müqavilə imzalandığı açıqlanmayıb.
Qeyd edək ki,  "Traktor Sazi”nin oyunlarına "Yaşasın Azərbaycan” sözləri yazılmış futbolka ilə çıxan Edinyo mövsümün əvvəlində komandanı tərk edərək Qətərin "Əl Sailiya” komandası ilə müqavilə imzalamışdı. Lakin Qətər klubunda uğursuz mövsüm keçirən  braziliyalı forvard yenidən sabiq klubuna qayıtmağı üstün tutub.
 
Nəzərinizə çatdıraq ki, Eder 2014/15 mövsümündə Təbriz klubunun heyətində 30 oyun keçirərək 20 qol  vurmağı  bacarıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right