Fransa Liqa 1: “Renn” və “Lans”dan darmadağın

Fransa Liqa 1-də 11-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə 6 oyun baş tutub.

“Tuluza” – “Havr” və “Brest” – “Olimpik” (Lion) oyunları qolsuz bitib. “Renn” “Strasburq”u, “Lans” “Loryan”ı, “Lill” “Anje”ni xalsız yola salıb. “Nant” isə “Mets”ə uduzub.

Hazırda 24 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i ilə “Lans”ın 22, “Lill”, Lion “Olimpik”i və “Monako”nun 20 xalı var.

Fransa Liqa 1
11-ci tur
1 noyabr

Monako – Paris 0:1
Qol: M.Simon, 53.

PSJ – Nitsa 1:0
Qol: Q.Ramos, 90+4.

Oser – Olimpik (Marsel) 0:1
Qol: A.Qomes, 30.

2 noyabr

Renn – Strasburq 4:1
Qollar: Lepaul, 9; 48; 60. Meyte, 35 – Nanasi, 77.

Lans – Loryan 3:0
Qollar: Eduard, 6. Said, 77. Baydu, 89.

Lill – Anje 1:0
Qol: Korreya, 45+2.

Nant – Mets 0:2
Qollar: Abuaşvili, 82. Diallo, 89.

Tuluza – Havr 0:0

Brest – Olimpik (Lion) 0:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right