Millimizin hücumçusu qollar vurulduqdan sonra meydana daxil oldu

Polşada Ekstraklassanın 14-cü turunun bir sıra oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rinat Dadaşovun çıxış etdiyi “Motor” səfərdə “Lex”lə qarşılaşıb. Görüş məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. Dadaşov meydanda bütün qollar vurulduqdan sonra, 77-ci dəqiqədə oyuna daxil olub.

Qeyd edək ki, hazırda “Motor” 15 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right