"Liverpul”qış transfer dönəmi üçün ilk transferini gerçəkləşdirib.
Newsport.az-ın məlumatına görə, "mersisaydlılar” "Srvena Zvezda”nın futbolçusu Marko Qrujiçlə razılaşma əldə edib.
Bu barədə Serbiya mətbuatına açıqlamasında "Srvena Zvezda”nın İdman Direktoru Zvezdan Terziç məlumat verib. O, "Liverpul”la 7 milyon avro qarşılığında razılıq əldə etdiklərini açıqlayıb. İngilislər Qrujiçlə 5 illik müqavilə imzalayacaqlar.
Qeyd edək ki, Qrujiç "Liverpul”da 8 nömrəli forma altında çıxış edəcək. "8” nömrəli futbolkanı bundan əvvəlk əfsanəvi Stiven Cerrard geyinib.