"Krasnodar" klubunun futbolçusunun evi qarət olunub

Rusiyanın "Krasnodar" klubunun futbolçusu Vladimir Bıstrova məxsus Leninqrad vilayətindəki ev naməlum şəxslər tərəfindən qarət olunub.

Newsport.az-ın məlumatına görə, silahlı hücum nəticəsində evdəki it güllələnib.

Kimliyi məlum olmayan qarətçilər evin mühafizəçisini bağlayaraq 10 min rus rublu və bəzi əşyaları götürüblər. Hazırda qarətçilərin kimliyi araşdırılır.

Qeyd edək ki, Vladimir Bıstrov "Zenit" klubu ilə 2 dəfə ölkə çempionu olub. O, 2014-cü ildən "Krasnodar"ın formasını geyinir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right