8 il müddətinə vəzifələrindən uzaqlaşdırılan FİFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın sabiq prezidenti Mişel Platiniyə növbəti qadağalar qoyulub.
Newsport.az-ın məlumatına görə, onların telekanallarda şərhçi kimi işləmələrinə icazə verilməyəcəyi bildirilib. Bundan başqa, sözügedən şəxslər futbol oyunlarını VİP sektordan izləmələrinə qadağa qoyulub. Onlr ancaq adi biletlər alıb qarşılaşmaları stadiondan izləyə bilərlər.