2016-ı ilin yanvar ayında Sankt-Peterburqda təşkil olunacaq Valentin Qranatikinin xatirə turnirində Azərbaycan millisinin rəqiblərindən olan Latviyanın U-19 yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bundan sonra sözügedən komandanı Aleksandr Basov çalışdıracaq.
Bu barədə Latviya Futbol Federasiyası rəsmi məlumat yayıb. Komanda artıq onun rəhbərliyi altında dekabrın 20-dən təlim-məşq toplanışına başlayıb. Latviyalılar paytaxt Tallində hazırlıq keçirlər.
Qeyd edək ki, Azərbaycan yığmasının qrupdakı digər rəqibləri Sloveniya və Bolqarıstandır.