Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi

İtaliyalı mütəxəssis Fabio Kannavaronun Özbəkistan millisinin baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.

Newsport.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyası məlumat yatıb.

İtaliya yığması ilə 2006-cı ilin dünya çempionluğu qazanan və "Qızıl top"un qalibi olan mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

52 yaşlı məşqçinin köməkçiləri də müəyyənləşib. Onun məşqçi heyətinə köməkçi Euqenio Albarella, fitnes üzrə məşqçi Françesko Troise və qapıçılar üzrə məşqçi Antonio Çimenti daxil olacaq.

Qeyd edəki, Kannavaronun son iş yeri Zaqreb “Dinamo”su olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right