Ter Ştegeni İngiltərədən 3 klub istəyir

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

33 yaşlı qolkiperlə “Tottenhem”, “Nyukasl” və “Mançester Yunayted” maraqlanır.

Hər üç klub Ter Ştegeni cari mövsümün sonuna qədər icarəyə götürüb, daha sonra birdəfəlik transfer etmək variantını nəzərdən keçirir.

Almaniyalı futbolçu 2014-cü ilin yayından “Barselona”nın şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right