İsrafilovsuz "Eybar" uduzdu

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Deportivo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşib. Zədəli olan İsrafilov bu görüşün iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Eybar" hazırda 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right