Türkiyə Super Liqası: “Beşiktaş”dan inamlı qələbə

Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Beşiktaş” evdə “Kocaelispor”la qarşılaşıb və inamlı qələbəyə sevinib.

Hazırda 21 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 15, “Trabzonspor” 14, “Göztəpə” 13, “Beşiktaş” və “Samsunspor” 12 xal toplayıb.

Türkiyə Super Liqası
7-ci tur
26 sentyabr

Alanyaspor – Qalatasaray 0:1
Qol: İkardi, 23.

27 sentyabr

Eyüpspor – Göztəpə 0:0

Qaziantep – Samsunspor 2:2
Qollar: Lunqoyi, 45. Abena, 75 – Drongelen, 4. Ndiaye, 19.

Karagümrük – Trabzonspor 3:4
Qollar: T.Çukur, 28. Fofana, 90+1; 90+2 – F.Auqusto, 19. Onuaçu, 35; 45+8-pen. Sikan, 88.

28 sentyabr

Konyaspor – Başakşəhər 2:1
Qollar: Ndao, 16. Opoku, 45+1-öz qapısına – Şomurodov, 57.

Rizəspor – Kasımpaşa 1:2
Qollar: Papanikolau, 60 – Qeye, 35. Uanes, 90+3.

Fənərbaxça – Antalyaspor 2:0
Qollar: Talişka, 65-pen. Şimanski, 90+2.

Kayserispor – Gənclərbirliyi 1:1
Qollar: Tuçi, 90+1 – O.Ülgün, 26.

29 sentyabr

Beşiktaş – Kocaelispor 3:1
Qollar: Rafa Silva, 4. Çernı, 10. Sirota, 90+3-öz qapısına – T.Bingöl, 50.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right