"Barselona" ispaniyalı yarımmüdafiəçi ilə müqavilə imzaladı

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi Mark Bernalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-17 millisinin sabiq üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. 18 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right