"Qalatasaray"da oynamış fransız Türkiyə klubunun transfer siyahısındadır

"Qalatasaray"ın sabiq müdafiəçisi Leo Dubo yenidən Türkiyəyə qayıda bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fransız futbolçu “Fatih Karagümrük”ün transfer siyahısındadır.

İstanbul təmsilçisi 31 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. Azad agent statusuna malik olan Leonun keçidinin nə vaxt reallaşacağı dəqiq bilinmir.

Fransa millisinin sabiq üzvü “Nant”, “Lion”, “Qalatasaray”, “Başakşəhər”, “Eyüpspor” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right