Avropanın 6 klubu Arda Gülərlə maraqlanır

Türkiyə millisinin və “Real”ın yarımmüdafiəçisi Arda Gülərlə Avropanın bir neçə klubu maraqlanır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Borussiya” (Dortmund), “Nyukasl”, “Arsenal”, “Milan”, “Leyptsiq” və “Tottenhem”in nümayəndələri futbolçunu izləyir. Lakin “Real” rəhbərliyi Gülərlə ayrılmaq fikrində deyil və ona ümid bəsləyir.

20 yaşlı futbolçu 2023-cü ilin əvvəlində “Fənərbaxça”dan Madrid klubuna keçib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right