Almaniya ikinci Bundesliqasında 19-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sankt Pauli" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:1 hesablı qələbəyə sevinib. Nazarov bu görüşün 55-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 25 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.