İngiltərə Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi" "Brentford"un qonağı olub və görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. 4-cü tur çərçivəsində "Çelsi" Bakıya səfər edəcək. 5 noyabr tarixində keçiriləcək görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.