“Çelsi”də xüsusi ayrılıq: Mourinyo qovuldu, amma 12 milyon qazandı

"Çelsi"də ikinci Joze Mourinyo dönəmi başa çatıb.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəхəssis London klubundan istefaya göndərilib.
 
Bu barədə klubun İdarə Heyətinin iclasında qərar qəbul edilib. Cari mövsüm Premyer Liqada olduqca bərbad çıxış edən "zadəganlar” geridə qalan 16 turda cəmi 15 xal toplaya bilib və hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Ötən turda "Lester”ə məğlubiyyət "Çelsi” rəhbərliyinin səbr kasasını daşıran son damla olub və Mourinyo istefaya göndərilib.
 
Qeyd edək ki, Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub.
 
2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyen Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin cari mövsümdə qeyd etdiyimiz kimi, komanda uğursuz çıхış edir. 
 
Artıq 52 yaşlı mütəxəssisi kimin əvəzləyəcəyi də bəlli olub. İstefaya göndərildiyinə görə, təzminat olaraq 12 milyon funt sterlinq (!!!) alacaq portuqaliyalı mütəxəssisin yerini Quus Hiddink tutacaq. "The Telegraph”ın yazdığına görə, hollan məşqçi ilə mövsümün sonuna qədər müqavilə imzalanacaq. İngilis həmkarlarımız iddia edir ki, Hiddink artıq sabahdan yeni iş yerində ilk məşqinə çıxacaq və "Sanderlend”lə oyunda komandasının başında olacaq. Digər bir məlumatda isə bildirilir ki, hollandiyalı mütəxəssisə bu postda "zadəganlar”ın keçmiş futbolçusu Didiye Droqba kömək edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right