Ferdinand “Liverpul”u təkcə bir komandanın dayandıra biləcəyini düşünür

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand İngiltərə Premyer Liqasının cari mövsümündə favoritlər barədə fikirlərini bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mövsüm “Liverpul”a rəqib ola biləcək yeganə komandanın “Arsenal” olduğunu deyib:

“Bu mövsüm “Liverpul”a rəqib ola biləcək yeganə komanda “Arsenal”dır. Onların əla heyəti, uğurlu transferləri var. Viktor Qyokereş müntəzəm qol vurmağa başlasa, vəziyyətləri daha da yaxşı olacaq”.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right